1. Ümumi prinsiplər
Lunchbox gündəlik təzə hazırlanan yemək xidmətidir: sifarişlər cutoff vaxtından sonra istehsal planına daxil olur, fərdi paketlənir və çatdırılır. Bu səbəbdən ləğv və qaytarma imkanları sifarişin hansı mərhələdə olduğundan asılıdır.
Qaytarma və ləğv qaydaları şirkət, gün, cutoff saatı və sifariş statusuna görə dəyişə bilər. Konkret sifariş üçün qüvvədə olan qaydalar Platformada göstərilir.
2. Cutoff vaxtına qədər ləğv və dəyişiklik
- Cutoff vaxtına qədər həftəlik plandakı seçimlər Platforma üzərindən dəyişdirilə və ya ləğv edilə bilər.
- Hələ ödənilməmiş plan/sifariş cutoff-a qədər heç bir ödəniş öhdəliyi yaratmadan ləğv edilə bilər.
- Cutoff vaxtı şirkətə və günə görə fərqli ola bilər və Platformada göstərilir.
3. Cutoff vaxtından sonra ləğv
Cutoff vaxtından sonra sifariş istehsal planına daxil olduğu üçün ləğv və dəyişiklik məhdudlaşır. Bu mərhələdə ləğv müraciətləri fərdi qaydada — sifarişin hazırlıq statusu nəzərə alınmaqla — dəyərləndirilir.
Hazırlanmış və çatdırılmaya verilmiş yeməklər üçün ləğv, bir qayda olaraq, mümkün deyil.
4. Ödənilmiş planlarda dəyişiklik və iadə
Ödənilmiş sifarişlərdə dəyişiklik və qaytarma müraciətləri sistem qaydalarına və cutoff vaxtına əsasən dəyərləndirilir.
Dəyişiklik nəticəsində məbləğ fərqi yarandıqda fərqin tutulması və ya qaytarılması Platformada göstərilən qaydada aparılır.
5. Balansa iadə prinsipi
Təsdiqlənmiş iadələr ilk növbədə Platforma daxili balansna qaytarılır. Balans sonrakı sifarişlərdə tam dəyəri ilə istifadə oluna bilər.
Karta birbaşa iadə tələb olunduqda, iadə ödəniş tərəfdaşı vasitəsilə eyni ödəniş alətinə yönləndirilir.
6. Təhvil verilə bilməyən paketlər
- Çatdırılma sifarişdə göstərilən ünvana, təyin olunmuş vaxt pəncərəsində edilir.
- Yanlış/natamam ünvan və ya alıcının əlçatmaz olması səbəbindən təhvil verilə bilməyən paketlərdə kuryer komandası İstifadəçi ilə əlaqə saxlayır; təkrar cəhd və ya alternativ təhvil imkanı operativ vəziyyətə görə müəyyən edilir.
- İstifadəçi tərəfindən yaranan səbəblərlə təhvil mümkün olmadıqda iadə öhdəliyi yaranmaya bilər.
7. Uğursuz çatdırılma (Platforma səbəbi ilə)
Sifariş Platformanın və ya əməliyyat komandasının səbəbi ilə çatdırılmadıqda (məsələn, istehsal və ya logistika nasazlığı), sifarişin dəyəri tam həcmdə iadə edilir və ya İstifadəçinin razılığı ilə növbəti günə ekvivalent sifarişlə əvəz olunur.
8. Ödəniş xətaları
Ödəniş tərəfdaşı və ya bank tərəfində baş verən texniki xəta nəticəsində məbləğ tutulub sifariş yaranmadıqda, hal araşdırılır və təsdiqlənmiş artıq tutulmalar tam həcmdə iadə edilir.
Eyni sifariş üzrə təkrar (ikiqat) tutulma aşkar edildikdə artıq məbləğ avtomatik iadə prosesinə yönləndirilir.
9. İadənin emal müddəti
Balansa iadələr, bir qayda olaraq, təsdiqdən sonra dərhal balansda əks olunur.
Karta iadələrin hesabda görünmə müddəti ödəniş tərəfdaşının və kartı verən bankın prosedurlarından asılıdır və bir neçə iş günü çəkə bilər.
10. Müraciət qaydası
Ləğv və iadə müraciətləri üçün Platformadakı sifariş səhifəsindən və ya Əlaqə səhifəsindəki kanallardan istifadə edin: quality@concept.rest, +994 51 240 60 68. Müraciətdə sifariş nömrəsini göstərin.
